Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik əməkdaşları meşəbəyini döyüb? – Foto   

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhlil olunaraq tərəfimizdən araşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib.

“Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb.

Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir.”

Qeyd edək ki, Şahin Qafarov adlı şəxsin meşələrin qırılmasına dair video çəkib sosial şəbəkədə yaydığına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayonu uzrə əməkdaşları Taleh Abdullayev və Azad Heydərov tərəfindən döyüldüyünə dair məlumat yayılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar